Biz kimik?
Biz multimedia, bazar, sosioloji araşdırmalarla məşğul olan, korporativ ünsiyyət məsləhətlərini verən bir Azərbaycan şirkətiyik. Fəaliyyət sferamıza müştərilərimizin, onların siyasətinin, əməkdaşlarının müsbət imicinin yaradılması və qorunması, ictimai fikrin öyrənilməsi və müştərilərə çatdırılması, kommunikasiya məsələlərində yardımın göstərilməsi, müştərilərin fəaliyyəti, siyasəti haqqında cəmiyyətə mümkün qədər çox informasiya verilməsi daxildir.
Bundan əlavə, nüfuzun idarə edilməsi, brendin inkişafı sahəsində strateji məsləhətlər veririk. Əməkdaşlarımız biznesin məqsədlərini anlamaq və onlara nail olmaqda müştərilərimizə kömək edirlər..
" Analitik biliklərə malik mütəxəssislər, onların mükəmməl ünsiyyət bacarıqları PR Service-nin uğurlarının əsasıdır. Biz artıq ölkənin PR bazarında öz yerimizi tutmuşuq. "